Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münhen təhlükəsizlik konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Münhen təhlükəsizlik konfransında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Münhen təhlükəsizlik konfransı 31 yanvar - 2 fevral tarixlərində keçiriləcək.