Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan Qarabağ münaqişəsi zonasında atəşkəsə hazırdır - əgər erməni tərəfi də belə qərar qəbul edərsə.
“Mən bu barədə öyrənən kimi (Azərbaycanın birtərəfli şəkildə atəşkəs elan etməsi – red.) İlham Əliyevlə əlaqə saxladım. Mən başsağlığı verdim, o zaman döyüşlər hələ davam edirdi...
Əgər erməni tərəfi atəşkəs elan edərsə və hərbi əməliyyatları dayandırarsa, Azərbaycan da atəşkəsə hazırdır. Vəziyyət əslində belədir”, - deyə, Ərdoğan jurnalistlərə bildirib.