Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistan "millisinin qapıçısı" olmaq cəhdi: Paşinyanın BMT "lətifəsi"
Caliber.Az-ın növbəti videotəhlili BMT Baş Assambleyasında çıxış edən Nikol Paşinyanın əsassız və dünya ictimaiyyətini aldatmağa hesablanmış çıxışına həsr edilib.
Müəllif qeyd edir ki, BMT-nin 79-cu sessiyasının tribunasından nitq söyləyən Ermənistanın baş naziri Nikol Paşinyan bütün dünyanı inandırmağa çalışıb ki, guya Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcud deyil:
"Azərbaycan təkid edir ki, Ermənistan Respublikasının konstitusiyası sülh sazişinə maneədir, çünki guya (bəli, Paşinyan məhz "guya" ifadəsini seçib - red.) orada Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb.
Təfərrüata varmadan qeyd edim ki, konstitusiyamızda belə bir şey yoxdur, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və biz bununla bağlı bütün maraqlı beynəlxalq tərəfdaşlarımıza ətraflı yazılı sübut təqdim edə bilərik".
Verilişin müəllifi vurğulayır ki, burada ermənistanlı qapıçı ilə bağlı lətifə yada düşür:
"Onun qoruduğu qapıya qol vurursan, amma bunu heç cür sübut etmək mümkün olmur, hətta VAR ekranında izlədikdən sonra da. Lakin buna baxmayaraq, gəlin bir daha Ermənistan konstitusiyasının Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadı ehtiva edən preambulasına müraciət edək. Orada: "Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1989-cu il 1 dekabr tarixli "Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" birgə Qərarına əsaslanaraq, xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirərək..." yazılıb.
Ermənistan "millisinin qapıçısı" Nikol Paşinyan da, gördüyümüz kimi, ermənilərin çoxdankı üsulundan istifadə edib: sözü elə fırlat ki, heç kim gedib yoxlamasın.
Daha ətraflı videoda:
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verdi
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti