“Fransa-Ermənistan” parlamentlərarası dostluq qrupunun sədri, senator Filipp Katsenbax Azərbaycan və Ermənistan parlamentlərinin üzvlərini münaqişəsinin nizamlanmasına dair dialoqa çağırıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Katsenbax müvafiq dəvətnaməni Ermənistan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Ara Babloyana və Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri Mehriban Əliyevaya göndərib.
Dəvətdə bildirilir:
“Noyabrın 29-da Ermənistan parlamenti üzvlərinin Fransaya səfəri çərçivəsində Dağlıq Qarabağda vəziyyətə dair dəyirmi masa təşkil etmək istəyirəm. Bu görüşə Fransanın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədrini də dəvət etmək niyyətim var”.