Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi Azərbaycan və Ermənistanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciətini dəstəkləyir.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, ABŞ-nin səyləri sayəsində əldə edilən nəticələr irəliyə doğru atılmış qətiyyətli addımdır. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mümkün qədər tez imzalanması və ratifikasiyası bu prosesi başa çatdıracaq. Bu baxımdan, Fransa tərəflərin ATƏT-in Minsk qrupunun strukturlarının ləğvinə başlamaq üçün birgə müraciətini dəstəkləyir.
XİN vurğulayıb ki, rəsmi Paris Bakı - İrəvan münasibətlərinin normallaşdırılmasına yönəlmiş razılaşmaları alqışlayır.