Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Ermənistanın razılığı ilə Fransa öz kəşfiyyatçılarını Azərbaycanla sərhədə yerləşdirir](https://images.oxu.az/2024/10/29/Guq9UIeM3RsVhYQ4KW28Kl2PfcOvSGYjfqSvLjlQ:1200.jpg)
Ermənistanın razılığı ilə Fransa öz kəşfiyyatçılarını Azərbaycanla sərhədə yerləşdirir
Oktyabr ayının əvvəlindən Avropa İttifaqının "müşahidəçi"lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb.
Bu gün daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.
"Report"un əldə etdiyi kadrlardan açıq görünür ki, indiyədək "müşahidəçilər" Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu gün sərhədə gələn üç avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Sərhəd kəndə gələn avtomobillərdə altı nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil.
Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.
Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- Avropa Komissiyası ABŞ-nin rüsum planına CAVAB HAZIRLAYIB
- Tayvan Trampın yüksək rüsumlarından yayınmağın yolunu tapdı
- Makron: "ABŞ Aİ-yə yeni tariflər tətbiq edərsə, özündə inflyasiyaya gətirib çıxaracaq"
- "Haber Global": "Azərbaycan Avropa İttifaqının 10 ölkəsinə qaz tədarük edən enerji ölkəsidir"