Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gürcü jurnalist: “Keşikçidağ” böhranı Zurabişvilinin məsuliyyətsiz bəyanatlarının nəticəsidir
Biz bu gün Gürcüstan tərəfindən strateji tərəfdaşımız, müttəfiqimiz və dost ölkə Azərbaycanın “işğalçı” olduğu haqqında tamamilə məsuliyyətsiz bəyanatlar eşidirik. Belə terminlərdən istifadə siyasi məsuliyyətsizlik və cinayətdir. Biz hisslərə qapılmadan hərəkət etməliyik.
Bunu Media.az-a açıqlamasında Gürcüstanın müstəqil jurnalisti Mzevinar Xuçişvili deyib.
Onun sözlərinə görə, unutmaq lazım deyil ki, SSRİ-nin dağılmasından sonra müstəqil Gürcüstan və onun qonşuları – postsovet dövlətləri arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə uzunmüddətli və mürəkkəb proses başlayıb. Məhz sovet dövründə müəyyənləşdirilmiş sərhədlər hazırda ciddi problemə çevrilib.
Jurnalist diqqətə çatdırıb ki, “Keşikçidağ” monastır kompleksi ilə bağlı bugünkü böhran isə Gürcüstan Prezidenti Salome Zurabişvilinin məsuliyyətsiz bəyanatlarının nəticəsidir:
“Sərhədlərin delimitasiyası üzərində işləməli olduqları halda işləməyən hökumət komissiyasının üzvləri vəziyyəti daha da gərginləşdiriblər”.
M.Xuçişvili hesab edir ki, bu mövzunu süni şəkildə siyasiləşdirməyə dəyməz:
Danışıqlar masası arxasında oturmaq lazımdır. Tbilisi və Bakı arasında yaxşı münasibətlər Gürcüstan üçün çox önəmlidir. Münasibətlərin pisləşməsindən Gürcüstanın özü uduzacaq.
Ümid edirəm ki, bu, aramızdakı mehriban qonşuluq münasibətləri üçün yaxşı sınaq olacaq və bundan sonra bir-birimizin əhəmiyyətini və dəyərini dərk edəcəyik. Vahid Qafqaz bizim xilasımızdır”.
Xatırladaq ki, bu il sərhədlərin delimitasiyası haqqında məsələni ilk dəfə Gürcüstan Prezidenti S.Zurabişvili fevral ayında Azərbaycana səfəri zamanı qaldırıb.
Qeyd edək ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxs Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq, ölkə ərazisində yerləşən “Keşikçidağ” mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum edib və onları nalayiq ifadələrlə təhqir edib.
Mövzuya aid xəbərlər
- Azərbaycan sərhədçiləri Gürcüstana niyə atəş açmadılar?
- Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
- Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi
- “Azərbaycan Gürcüstanla sərhədi bağlamalıdır” - Deputatlardan sərt çıxış
- Gürcüstan səfiri XİN-ə çağırıldı - “Keşikçidağ”a görə