ABŞ və Kanadanın dörd aeroportunun xəbərdarlıq sistemləri hakerlər tərəfindən sıradan çıxarılıb. Həmin sistemlərdən Fələstinin HƏMAS hərəkatını dəstəkləyən, ABŞ və İsrail liderləri Donald Tramp və Benyamin Netanyahunu tənqid edən bəyanatlar səslənib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb.
Bildirilir ki, hadisələr Harrisburq beynəlxalq aeroportunda (Pensilvaniya ştatı), habelə Kanadanın Kelovna, Viktoriya və Vindzor şəhərlərinin hava limanlarında baş verib. Xəbərdarlıq sistemlərinin ələ keçirilməsi aeroportların fəaliyyətini pozub və reyslərin gecikməsinə səbəb olub.
