Prezident İlham Əliyev Tokay Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan heykəltəraşlıq məktəbinin inkişafında xidmətlərinə görə Tokay Həbib oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.