Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hikmət Hacıyev İran prezidentinin müşaviri ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran prezidentinin siyasi müşaviri Mehdi Sənayinin dəvəti ilə İran İslam Respublikasına səfər edib.
Oxu.Az xəbər verir ki, M.Sənayi ilə görüş zamanı H.Hacıyev rəsmi Bakının İranla bütün sahələrdə əlaqələri inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
"Azərbaycan Respublikası İran İslam Respublikası ilə heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda üçün mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. İki ölkə arasında münasibətlərdə əsas məqam inam yaratmaq və anlaşılmazlıqları aradan qaldırmağa çalışmaqdır", - o bildirib.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, Azərbaycan Respublikasından İran İslam Respublikasına heç bir təhlükə olmayacaq.
İran Prezidentin siyasi müşaviri görüşdə qeyd edib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil.
"İki ölkənin xalqları bir-birinə qohumdurlar. Ona görə də, ölkələr arasında münasibətlərin səviyyəsi hər iki tərəf üçün məqbul deyil və sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır. İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İran İslam Respublikasının qonşuları, o cümlədən Azərbaycan Respublikası ilə münasibətlərdə strategiyası strateji əlaqələr qurmaq və istənilən gərginlikdən uzaq olmaqdır. İki ölkə arasında ticarət mübadiləsinin həcmi çox kiçikdir. Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, insanları və iş adamlarını mədəni və iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün imkanlar, lazımi platformalar mövcuddur", - o bildirib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" səhifəsindəki paylaşımında qeyd edib.
Prezidentin köməkçisi ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub və səfirliyin yeni inzibati binası ilə tanış olub.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, İran İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs veriblər
- Hikmət Hacıyev: "Bələdiyyə seçkisi azad və demokratik şəraitdə keçirilir"
- Hikmət Hacıyev: "İranla əlaqələrimiz yüksək səviyyədədir"
- Hikmət Hacıyev Azərbaycan səfirinin Rusiya XİN-ə çağırılmasına münasibət bildirdi
- Hikmət Hacıyev: "Təyyarə qəzasının nəticələri ilə bağlı yaxınlarda geniş açıqlama olacaq"