Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın NATO-dakı nümayəndəliyi bu barədə "X" hesabında paylaşım edib.
Bildirilib ki, Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının səfirləri, eləcə də baş katibin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.
"Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü xatırlanıb.
Tərəflər genişmiqyaslı məsələlər üzrə, o cümlədən uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri barədə, Avropanın enerji təhlükəsizliyi, regional təhlükəsizliyə dair məsələlər və Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında fikir mübadiləsi aparıblar", - deyə paylaşımda qeyd olunub.
Within the framework of the visit to Brussels, @HikmetHajiyev, Assistant of the President of the Republic of Azerbaijan, had a remarkable meeting with the @NATO's North Atlantic Council Ambassadors of 🇹🇷, 🇸🇰, 🇩🇪, 🇨🇦, 🇩🇰, 🇧🇬, 🇱🇻, 🇱🇺, 🇬🇧, 🇷🇴, 🇱🇹, 🇧🇪, 🇵🇱, 🇫🇷, 🇪🇪, 🇮🇹, 🇸🇪, 🇫🇮, as well… pic.twitter.com/dmahjheSL1
— Azerbaijan at NATO 🇦🇿 (@AzMissionNATO) November 28, 2025