“Beynəlxalq səviyyədə həmrəylik olduğunu deyə bilmirik”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bu gün koronavirusdan ölənlərin sayı qlobal səviyyədə artıb:
“Altı aydan çoxdur ki, ilk koronavirusa yoluxma faktı qeydə alınıb. Bu vaxta qədər heç bir təşəbbüs olmamışdı. Bu da pandemiyanın geniş yayılmasına şərait yaradan məqamlardan biridir.
Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə BMT-nin Baş Assambleyası qarşısında bu məsələ qaldırıldı. 15 gün ərzində digər ölkələrə bununla bağlı məlumat verildi. Bütün ölkələr pandemiya ilə mübarizəyə cəlb olunub”.
Könül Cəfərli