Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə göstərdiyi daimi dəstəyə, onun gündəliyində duran məqsəd və məramların beynəlxalq səviyyədə irəli aparılması işinə verdiyi töhfələrə görə dövlətimizin başçısına və Azərbaycan Respublikasına təşəkkürünü bildirib.
Ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq Azərbaycan Respublikasının Alyans tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına toxunub, ölkəmizin Alyansa könüllü maliyyə töhfələrinin qurumun fəaliyyətinə vacib dəstək olduğunu vurğulayıb.
Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyib, təşkilatın fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini bildirib.
Alyansın gündəliyində duran məsələlərin Azərbaycan Respublikasının siyasəti ilə tam uyğunluq təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu yaxından təşviq etdiyini vurğulayıb, bu baxımdan Azərbaycanın və BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirdikləri birgə tədbirlərin əhəmiyyətinə toxunub.
Söhbət zamanı islamofobiyanın bu gün dünyanı narahat edən vacib mövzulardan biri olduğu qeyd edilərək, bu xüsusda ölkəmizlə Alyans arasında əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib
- DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirildi
- Əlilliyə görə müavinət alan şəxslərin siyahısı genişləndirildi - FƏRMAN
- İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib
- Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi