Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu ünvanlayıb.
Oxu.Az-ın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli cənab General-Qubernator,
Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kanada xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.