Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adı dünyanın 500 ən nüfuzlu müsəlmanlarının siyasına daxil edilib.
Oxu.Az Çeçenistan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, şahzadə Əl-Valid bin Talalın adına Corctaun Müsəlman-Xristian Qarşılıqlı Anlaşması Mərkəzinin tərtib etdiyi siyahıya Səudiyyə Ərəbistanı kralı Abdullah ibn Əbdül Əziz başçılıq edir. İkinci yerdə misir şeyxi Əhməd Məhəmməd əl Tayyib qərarlaşıb.
Siyahıda həmçinin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Çeçenistan prezidenti Ramzan Kadırov, Tatarıstan prezidenti Rustam Minnixanov və həmçinin Özbəkistan müftisi Osmanhan Alimovun da adları var.
Qeyd edək ki, dünyanın ən nüfuzlu 500 müsəlmanının adından ibarət siyahı 2009-cu ildən etibarən Ammandakı Kral İslam Strateji Araşdırmaları Mərkəzi tərəfindən hər il dərc olunur.