Prezident İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, sərəncama əsasən, Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi və strukturu təsdiq edilir.
Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilir. Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eləcə də Xidmət dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməlidir.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etməlidir.