Azərbaycan prezidenti İlham Əliyevin Vatikana rəsmi səfəri başlayıb.
Oxu.Az-ın məlumatına görə, bundan əvvəl dövlət başçısının Bolqarıstana rəsmi səfəri başa çatıb. Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.