İran, Rusiya və Azərbaycan arasında keçirilən üçtərəfli görüş yalnız iqtisadi və ticarət məsələlərini deyil, həm də regional təhlükəsizlik məsələlərini əhatə edir.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi "Sputnik"ə açıqlamasında bəyan edib.
Onun sözlərinə görə, bu iclas digər regional formatlarla yanaşı, məsləhətləşmə və fikir mübadiləsi mexanizmi rolunu oynayır.
Bəqayi vurğulayıb ki, görüş İranla qonşu ölkələrin regional əlaqələndirmə vasitəsilə sabitliyin və təhlükəsizliyin təmin edilməsinə verdikləri əhəmiyyətin göstəricisidir.