İran xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi ölkənin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telgram" kanalı məlumat yayıb.
Qəribabadinin nazirlikdəki hazırkı vəzifəsini qoruyacağı qeyd olunur.
Bildirilir ki, yeni vəzifəsinin tərkib hissəsi olaraq, o, İranın sahilyanı ölkələrlə Xəzərin hüquqi, beynəlxalq və siyasi məsələləri üzrə danışıqlarına nəzarət edəcək.