Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"ISO 20121 - Tədbirlərin Dayanıqlı İdarə Edilməsi və Təşkili" mövzusunda tədbir keçirilib
COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən sertifikatın əldə edilməsinə dair noyabrın 18-də COP29 Azərbaycan pavilyonunda təltifetmə mərasimi keçirilib.
Oxu.Az zəbər verir ki, tədbir çərçivəsində, həmçinin "ISO 20121 - Tədbirlərin Dayanıqlı İdarə Edilməsi və Təşkili" mövzusunda panel müzakirəsi baş tutub. Panel müzakirəsində dayanıqlılıq prinsiplərinin tətbiqi, əməliyyatların şəffaflığı və beynəlxalq səviyyədə uğurlu təcrübələrin paylaşılması mövzularında fikir mübadiləsi aparılıb.
Sessiya və mərasimin keçirilməsinin məqsədlərindən biri də Azərbaycanda tədbirlərin dayanıqlı idarə edilməsi sahəsində tamamilə yeni yanaşmaların və təcrübə mübadiləsinin populyarlaşdırılması və müxtəlif təşkilatlar tərəfindən gələcəkdə bu sahəyə daha geniş diqqət cəlb edilməsidir.
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"