Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Keçmiş məcburi köçkün: "Xocalı ömrümün ən gözəl çağı idi"
"33 yaşımda, həyatımın ən gözəl çağında evimizdən, elimizdən, torpağımızdan didərgin düşdüm".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Aftandil Səmədov deyib.
O qeyd edib ki, iki qardaşını da Xocalıda itirib:
"Ömrümün ən gözəl çağı idi Xocalı. Ermənilər bizim ömrümüzü baltaladılar, torpaqlarımızı işğal etdilər. Mən şəhid qardaşıyam. İki qardaşım Xocalıda şəhid olub.
63 yaşımda ailəmlə qayıdıram torpağıma. Ən böyük arzuma çatıram bu gün.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Xocalı şəhərinə yola salınır. Bu mərhələdə daha 33 ailə (137 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib
- Ağdamın Kəngərli kəndinə köç karvanı ÇATIB: Evlərin açarları təqdim olundu
- Kəngərli sakini: "Valideynlərimlə birgə çıxdığım Ağdama anam və oğlumla geri qayıdıram"
- 14 yaşlı Ağdam sakini: "Qarabağa köçürəm deyə həyəcanlıyam"
- Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb: Açarlar təqdim edilib