"Beş yaşımda Xocavəndi ailəmlə birlikdə tərk etmək məcburiyyətində qalmışam. İndi 37 yaşımda yenidən doğma yurdumuza qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında Xocavənd sakini, keçmiş məcburi köçkün Anar Tahirov deyib.
"Uşaqlığımı doğma torpağımda doyunca yaşaya bilməmişəm. Yenidən oraya qayıtdığım üçün çox həyəcanlıyam. Xocavəndi görmək, orada yaşamaq, bundan sonrakı həyatımı dədə-baba yurduma həsr etmək istəyirəm. Buna görə Prezidentimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin", - keçmiş məcburi köçkün əlavə edib.
Qaynar xətt:
(055) 224 12 12