Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
KİV: Vardanyan "siyasi fəaliyyət"ə başlamazdan əvvəl Rusiyada böyük sərvət toplayıb
Ermənistanda aktiv "siyasi fəaliyyət"ə və xeyriyyəçiliyə başlamazdan əvvəl Qarabağdakı keçmiş erməni separatçıların "dövlət naziri" Ruben Vardanyan Rusiyada böyük sərvət toplayıb.
"Report" xəbər verir ki, bu barədə Fransanın "Intelligence online" bülletenində dərc olunan məqalədə deyilir.
"Ötən əsrin 90-cı illərinin əvvəllərində o, hazırda ləğv edilmiş "Troyka Dialoq" investisiya bankını açıb və bu bankı "Sberbank"a satana qədər onu idarə edib. 2019-cu ildə bank məlumatlarının sızması investisiya bankı tərəfindən 2006-2013-cü illər arasında yaradılan "Troyka çamaşırxanası" adlı sxemi ortaya çıxarıb. Məlum olub ki, bu sxem vasitəsilə bank Rusiyadan pulları vergi ödəmədən Litva vasitəsilə ölkədən çıxarıb", - məqalədə qeyd olunur.
Müəllifin fikrincə, Azərbaycanda mühakimə olunan erməni iş adamı Ruben Vardanyanın qalmaqallı fiquru Rusiya, ABŞ və Fransadan gələn ayrı-ayrı iddia edilən təsir kampaniyaları dalğasının katalizatoruna çevrilib.
Eyni zamanda, nəşr vurğulayır ki, təkcə iyunun 12-də onlarla insanın xəsarət almasına səbəb olan nümayişlər zamanı etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb etməkdə davam etdiyi üçün baş nazirin ofisi müxalifətin hərəkətlərinə nəzarət etməyə çalışır.
"Paşinyanın təhlükəsizlik xidməti biznesmen Ruben Vardanyanın erməni diasporunun birləşməsində oynaya biləcəyi roldan xüsusilə narahatdır. Onlar xüsusən də Vardanyanın müxalifət tərəfdarlarının ən fəal olduğu ABŞ və Fransadakı təsirindən narahatdırlar", - məqalədə vurğulanır.
Xatırladaq ki, sentyabrın 27-də Laçın sərhəd-keçid məntəqəsində saxlanılan R.Vardanyan 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (Respublika qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə və ya qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədindən buraxılış məntəqəsindən kənarda keçmə) maddələri ilə ittiham olunub, onun barəsində həbs-qətimkan tədbiri seçilib.
"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verdi
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Paşinyan: "Ermənistan üçüncü ölkələrin qüvvələrini Azərbaycanla sərhədə yerləşdirməməyə razıdır"