Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Korotçenko: “Bakı razılıq verməsə, fransızların Qarabağda olması mümkün deyil”
“Fransızların regionda olması birmənalı olaraq Rusiyanın maraqlarına cavab vermir”.
Bu sözləri Caliber.Az-a müsahibəsində rusiyalı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Burada Rusiya sülhməramlıları var, onlar öz öhdəliklərini uğurla yerinə yetirirlər. Bundan əlavə, Azərbaycanın Qarabağ regionu ərazilərində fransızların hansısa şəkildə ortaya çıxması Bakının razılığı olmadan mümkün deyil. Əks təqdirdə, bu, Fransa tərəfində açıq bir silahlı təxribatı kimi şərh ediləcək. Bundan əlavə onları oraya heç kim buraxmayacaq. Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir və onların Fransa kontingenti üçün “qapıları açacaqlarını” düşünmürəm.
Fransa hərbçilərinin Ermənistan ərazisinə yerləşdirilməsinə gəldikdə, yuxarıda dediyim kimi, bu, Ermənistanın KTMT çərçivəsində öhdəliklərinin pozulması və Rusiyaya qarşı dostluq xarakteri daşımayan jest olacaqdır. Rusiya ABŞ və ya Fransa qoşunlarının ümumiyyətlə regionda, xüsusən Ermənistanda hər hansı bir iştirakında birmənalı şəkildə maraqlı deyil. Buna görə də düşünürəm ki, bu cür cəhdlər siyasi metodlarla, o cümlədən BMT Təhlükəsizlik Şurası səviyyəsində də əngəllənəcəkdir”, - deyə politoloq qeyd edib.
Rusiyalı ekspert həmçinin Ermənistandakı ABŞ səfiri Linn Treysi və Fransa səfiri Conatan Lakotanın Qarabağ münaqişəsinin tənzimlənməməsi barədə diqqətçəkən bəyanatlarına da münasibət bildirib.
“Birincisi, mən düşünürəm ki, erməni lobbisi ABŞ və Fransada fəal iş aparır. İkincisi, münaqişənin tənzimlənməsində iştirak etməmək faktı Vaşinqton və Parisdə qıcıq yaradır. Üçüncüsü, bunu Ermənistanda revanşist əhval-ruhiyyəni alovlandırmaq cəhdi də adlandırmaq olar.
İrəvanda ABŞ və Fransa səfirlərinin verdiyi bəyanatlar birmənalı olaraq anti-Azərbaycan və anti-Rusiya xarakteri daşıyır. Odur ki, Moskva və Bakı, birgə səylərlə, o cümlədən də XİN-lərarası məsləhətləşmələr səviyyəsində ABŞ və Fransanın münaqişənin yenidən alovlanmasına təkan vermək planlarına müqavimət göstərmək üçün ortaq mövqe hazırlamalıdır. Ermənistandakı de-fakto Vaşinqton və Paris tərəfindən qızışdırılan revanşist ambisiyaları söndürmək vacibdir. Əks halda bu regionda yeni destabilizasiyaya səbəb olacaq.
Bundan əlavə, düşünürəm ki, bu həm də fransız və amerikalıların anti-Türkiyə oyunudur. Axı regiondakı vəziyyət kontekstində də biz anlayırıq ki, çoxgedişli kombinasiya gedir”, - deyə İ.Korotçenko vurğulayıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"