Latviyanın xarici işlər naziri Edqars Rinkeviçin Azərbaycana səfərinin tarixi məlum olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Report-a diplomatik mənbələrdən bildiriblər.
Məlumata görə, Latviya XİN başçısı Bakıya fevralın 11-də səfər edəcək. Səfər zamanı onun Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçirməsi planlaşdırılır.
Səfər fevralın 14-də başa çatacaq.
14:32
Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Azərbaycana səfər edəcək.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə APA-ya Latviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, rəsmi səfər fevralın ortalarında baş tutacaq.
Səfirlikdən bildiriblər ki, hazırda tərəflər səfərin proqramına dair hazırlıq işləri görürlər.
N.О.