Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Makrona daha bir zərbə: Fransanın Afrika zülmü sona çatır
Kot-d`İvuarın Prezidenti Alassan Uattara Fransa hərbi bazasının yanvar ayında ölkədən çıxarılacağını açıqlayıb. Qərbi Afrikada Parisin mühüm müttəfiqi sayılan Kot-d`İvuarda Fransanın 600-ə yaxın əsgəri var. Bununla Afrika ölkələrinin 70%-dən çoxunu tərk etmək məcburiyyətində qalan Fransa yalnız Cibutidə 1 500, Qabonda 350 əsgərlə qitədəki varlığını qoruyacaq. Çünki Fransa qoşunları 31 yanvar 2025-ci ilə qədər Çaddan da çıxmalıdır. Həmçinin, Seneqal Prezidenti Bassirou Diomaye Faye də bu il ölkədəki təxminən 350 fransız əsgərinin ölkəni tərk edəcəyini açıqlayıb. Bundan əvvəl isə Mali, Niger və Burkina-Fasoda baş verən hərbi çevrilişlərdən sonra bu ölkələr Fransa ilə hərbi əməkdaşlıq müqavilələrini ləğv edərək, fransız əsgərlərini ölkələrindən göndəriblər. Bəs bu gedişat necə nəticələnəcək? Fransanın Afrika siyasəti, bu qitəni iqtisadi-siyasi cəhətdən istismar etməsi sona çatır?
Mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, imperiyalar gec-tez dağılmağa, məhv olmağa məhkumdur:
"O yerdə ki ədalət olmaya, insanlar istismar oluna, onların əməyinə quldar münasibət bəslənilə və ümumiyyətlə, dövlətin siyasətində müstəmləkəçilik öndə ola, həmin quruluşlar tarixin arxivinə gömülməlidir. Fransa belə ölkələrdən biri və birincisidir.
İkinci Dünya müharibəsindən sonra bütün müstəmləkə ölkələri öz siyasətlərindən əl çəkdilər və istismar etdikləri xalqlara kağız üzərində də olsa müstəqillik verdilər, təkcə Fransadan başqa. Yelisey sarayının hakimləri və hakimiyyətləri isə bu siyasətdən qurtula bilmirlər, əvəzində isə Emmanuel Makron müstəmləkəçiliyin yeni formalarını tətbiq edir".
Deputat qeyd edib ki, Afrikada baş verən hadisələr Fransanın bu qitədə uzun illər apardığı siyasətin sona doğru getdiyini sübut edir:
"Fransa Afrika qitəsinin əksər ölkələrində özünün hərbi xuntasını yaradıb. Onların yeraltı və yerüstü sərvətlərini talayır, insanlarını istismar edir, uşaq əməyindən istifadə edir. Bir sözlə, Paris dünya ölkələrinin Cinayət Məcəllələrində olan bütün qanunsuzluqları afrikalıların üzərində tətbiq edir. Qeyd etmək yerinə düşər ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsindən sonra dünyada müstəmləkələrə qarşı münasibətlərdə də inqilabi dəyişikliklər baş verdi. Bir tərəfdən, dənizaşırı ölkələrdə, digər tərəfdən, Afrika qitəsində bir oyanış, Fransaya qarşı dirəniş baş qaldırdı. Bu gün onun məntiqi nəticələri ilə tanış oluruq. Fransa qoşunlarının Mali, Niger və Seneqaldan çıxarılmasından sonra eyni addımın Kot-d`İvuar tərəfindən atılması təsadüfi deyil. Proses artıq başlayıb. Bakı Təşəbbüs Qrupunun başlatdığı proses bütün müstəmləkələrin ləğvi ilə nəticələnəcək".
Mərahim Nəsib
"Fransa" teqi üzrə xəbərlər
- Ölü "Vaqner"in laxlatdığı taxt: "Fransa böyük dövlət statusunu itirəcək"
- Fransa həbsxanasında insanları girov götürən şəxs təslim oldu
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar
- Plastik cərrahiyyə qurbanı, məşhur "Pişik qadın" vəfat etdi