Ötən həftə Avropa İttifaqının (Aİ) Xarici Əməliyyatlar Xidmətinin rəsmisi Luk Devinlə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında yeni saziş üzrə intensiv danışıqlar aparılıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
O qeyd edib ki, hər iki tərəf danışıqların aparılmasında ambisiyalı, qətiyyətlidir:
“Düşünürəm k, tezliklə danışıqların növbəti mərhələsi baş tutacaq. Bizim məqsədimiz birlikdə intensiv işləməkdir. Xüsusilə, bu ilin noyabrında keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti öncəsi biz qızğın işləyirik”.
N.О.