Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Marin Le Penin özü barəsindəki həbs qərarına reaksiyası açıqlandı
Fransanın Milli Birlik Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen onu seçki hüquqlarından məhrum edən Paris məhkəməsinin hökmündən apellyasiya şikayəti verməyi planlaşdırır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə siyasətçinin vəkili Rodolf Bosselyu BFMTV telekanalının efirində bildirib.
Xatırladaq ki, Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib və 100 000 avro məbləğində cərimələyib. Məhkəmənin qərarına əsasən, Le Pen bu müddətin iki ilini şərti olaraq, digər iki ilini isə elektron bilərziklə ev dustaqlığında keçirəcək. O, həmçinin beş il müddətinə seçki hüquqlarından məhrum edilib.
