Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana gəlib.
Oxu.Az-ın verdiyi xəbərə görə, o, “Jara” Beynəlxalq Festivalında iştirak edir.
Mariya Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib.
Rusiya XİN-in sözçüsü deyib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək.
“Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam”, - Zaxarova deyib.