Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Birinci vitse-prezidentin rəsmi “İnstagram” hesabında dərc olunan təbrikdə deyilir:
“Əziz dostlar! Səmimi təbriklərinizə, xoş arzularınıza, sevgi və dəstəyinizə görə sizin hər birinizə öz adımdan və Prezidentin adından dərin minnətdarlığımı bildirirəm!
Biz sizin xoş münasibətinizi daim hiss edirik və məhz sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir!
Böyük Azərbaycan xalqının övladlarından biri olduğuma və xalqımla birgə olduğuma görə xoşbəxtəm!
Bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm! Allah Vətənimizi qorusun, sülh və əmin-amanlıq bəxş etsin! Hər birinizə cansağlığı, xoşbəxtlik, tükənməz aydınlıq, xoş güzəran və sevgi arzulayıram!
Hamınıza dərin təşəkkürümü bildirirəm!”
Посмотреть эту публикацию в Instagram"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə "Zirvəyə Aparan İşıq" adlı tədbir keçirilib - Foto/Video
- YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi
- İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - Foto - Video
- "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı -VİDEO
- "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" - VİDEO
Digər xəbərlər