Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün “Instagram” hesabında 21 may - Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Bu gün 21 may — Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür. Bu gün dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Məhz humanitar əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, onu anlamaq, mahiyyətinə varmaq, kömək etmək cəhdləri müasir dünyamızın tez-tez üzləşdiyi ksenofobiya və terrorizm kimi neqativ hallara qarşı mübarizədə çox mühüm silahdır. Mən dünyanın bütün xalqlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün ölkələrə firavanlıq, sülh, əmin-amanlıq və təhlükəsizlik arzulayıram!”
View this post on Instagram
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə "Zirvəyə Aparan İşıq" adlı tədbir keçirilib - Foto/Video
- YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi
- İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - Foto - Video
- "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı -VİDEO
- "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" - VİDEO
Digər xəbərlər