"Parlament seçkisində 112 min 749 yerli müşahidəçi qeydə alınıb".
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında sədr Məzahir Pənahov deyib.
O qeyd edib ki, onların 65 mindən çoxu siyasi partiyaların müşahidəçiləridir.
M.Pənahovun sözlərinə görə, 990 nəfər deputatlığa namizədin 305 nəfəri siyasi partiyaların namizədləridir.
O qeyd edib ki, 371 nəfərin isə siyasi partiya mənsubiyyəti olsa da, onlar bitərəf namizəd kimi qatılıblar.