Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Milli Qəhrəman Natiq Qasımovun adı məktəbə verildi
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Sənədə əsasən, Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, bu Qərar Azərbaycan Prezidentinin 2024-cü il 25 iyun tarixli 175 nömrəli Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş Natiq Səlim oğlu Qasımovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə verilib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazir mülki təyyarələrlə bağlı yeni qaydanı TƏSDİQLƏDİ
- Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ÖDƏNİLƏCƏK - MƏBLƏĞ
- Mülki təyyarələrin uçuşa yararlılığı üzrə sertifikatlaşdırılma qaydası təsdiqlənib
- Hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiqlənib
- Azərbaycanda uçuş və kabinə heyətinə təlim keçənlərlə bağlı qayda təsdiq edilib
Ən çox oxunanlar