Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Milli Şuranın mitinq iflası – YENİLƏNİB
Milli Şura Bakıda mitinq keçirib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın aksiyada iştirak edən əməkdaşının verdiyi məlumata görə, mitinqə çox az sayda cəbhəçi toplaşıb.
Maraqlıdır ki, mitinq Milli Şura adından təşkil olunsa da, aksiyada yalnız cəbhəçilər iştitak edib.
Eyni zamanda mitinqdə ilk çıxışı da Milli Şuranın sədri Cəmil Həsənli yox, Əli Kərimli edib.
Məlumata görə, mitinqdə cəmi 800 nəfərə yaxın şəxs iştirak edir.
Xatırladaq ki, mitinqdən əvvəl Milli Şuranın koordinatorları mitinqdə “on minlərlə şəxsin iştirak edəcəyi” barədə proqnozlar vermişdilər.
17:10
Milli Şuranın mitinqi başa çatıb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aksiyada Milli Şuranın 800-dək üzvü və təəssübkeşi iştirak edib.
Aksiya zamanı heç bir insident baş verməyib.
15:34
Milli Şura Bakıda mitinq keçirir.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, keçmiş "Məhsul" stadionunda keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir.
S.B.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək