Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mirzoyan: "İrəvan və Bakı beynəlxalq platformalardan iddialarının geri çəkilməsini müzakirə edirlər"
"Ermənistan və Azərbaycan beynəlxalq platformalarda bir-birinə qarşı iddialarını geri çəkməyi müzakirə edirlər".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
"Bəli, biz beynəlxalq hüquqi platformalarda bir-birimizə qarşı mübahisələrdən, iddialardan və şikayətlərdən imtina etməyi müzakirə edirik", - deyə o bildirib və əlavə edib ki, İrəvan və Bakı, həmçinin, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində üçüncü tərəflərin istisna edilməsi ətrafında fikir mübadiləsi aparırlar.
XİN rəhbəri hesab edir ki, müvafiq konstruktiv yanaşma ilə qısa müddətdə Azərbaycan və Türkiyə ilə münasibətlərdə hiss olunacaq tərəqqiyə nail olmaq mümkündür.
"Azərbaycan-Ermənistan münasibətləri" teqi üzrə xəbərlər
- Ermənistanın Azərbaycana hücum etməyə cürəti çatacaq?
- "Caliber": "Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır"
- Rusiya və ABŞ-dən əli üzülən Ermənistan: Paşinyan Azərbaycanın şərtlərini qəbul edir?
- Ərdoğan: "Türkiyəsiz Avropanın təhlükəsizliyini düşünmək mümkün deyil"
- Dərs olmadı - "Paşinyanın mövqeyi sülh müqaviləsinin imzalanmasına maneələr yaratmağa hesablanıb"