Monteneqronun xarici işlər naziri Srdjan Darmanovic Azərbaycanda rəsmi səfərdədir.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Oxu.Az-a verilən məlumata görə, 1-2 noyabr tarixlərində ölkəmizdə rəsmi səfəri zamanı S.Darmanovicin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
XİN-də keçiriləcək görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
N.O.