Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mövlud Çavuşoğlu Azərbaycana GƏLİR
Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
Modern.az xəbər verir ki, o, 5-6 dekabr tarixlərində Qərbi Azərbaycan İcmasının beynəlxalq tədbirində iştirak edəcək.
Məlumatı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də təsdiqləyib. O qeyd edib ki, tədbirdə 51 ölkədən 100 nümayəndə heyətinin iştirakı gözlənilir.
"Burada Türkiyədən də Mövlud Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin deputatları Şamil Ayrım, Cantürk Alagöz və digərləri iştirak edəcəklər. Böyük nümayəndə heyətinin gəlişi gözlənilir. Burada Qərbi Azərbaycana qayıdış məsələsi müzakirə obyekti olacaq. Tədbir hər il dekabrın 5-də keçirilir. Çünki 5 dekabr bizim Qərbi Azərbaycandan sonuncu dəfə deportasiya edildiyimiz tarixdir", - Əziz Ələkbərli bildirib.
"Mövlud Çavuşoğlu" teqi üzrə xəbərlər
- Mövlud Çavuşoğlu: "Yeni güclər ortaya çıxmaqdadır və çalışırlar ki, qlobal düzəni dəyişsinlər"
- Çavuşoğlu: "Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlıq imkanları müzakirə ediləcək"
- Mövlud Çavuşoğlu: "Ermənistan xoşməramlı davranışlara adekvat cavab verməlidir"
- İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib