Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
MSK səslərin 93,3 faizini sayıb: İlham Əliyev 92,05% səslə liderdir - YENİLƏNİB + VİDEO
Seçki məntəqələrinin 93,32 faizindən daxil olan məlumatlar əsasında prezident seçkisinin ilkin nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.
Qeyd edilib ki, həmin nəticələrə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 səs faizi (4281625 səs) ilə liderdir.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19%-ni (101851 səs), Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% (37386 səs), Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2% (92980 səs), Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67% (31033 səs), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% (81799 səs) və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53%-ni (24799 səs) toplayıb.

Könül Cəfərli
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Bələdiyyə seçkisində səsvermənin nəticələri etibarsız olan məntəqələrin SİYAHISI
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb