“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin (JHAM) apardığı monitorinqin nəticələrinə əsasən, bu ilin ötən dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 64 nəfər təşkil edib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, “Doktrina” JHAM direktoru Cəsur Sümərinli bildirib ki, ötən müddətdə 73 nəfər yaralanıb və ya xəsarət alıb.
Onun sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 9-u döyüş (9 nəfər erməni gülləsi), 55-i isə qeyri-döyüş itkiləridir.