Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mülki Məcəllədəki halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydası yeniləndi
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası” təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqaviləyə təsirinin qiymətləndirilməsi qaydasını tənzimləyir. Bu Qayda satınalan təşkilatla təchizatçı arasında imzalanmış müqavilədə nəzərdə tutulan və ya onun mahiyyətindən irəli gələn ayrı qaydalarla bağlı hallara şamil olunmur.
Yeni qərara əsasən, bundan sonra, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi satınalma predmetinin qiymətlərinin azalmasına və artmasına səbəb olduqda - təchizatçı dəyişikliyin baş verdiyi gündən 20 iş günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra biləcək. İndiyə qədər bu müddət 20 bank günü idi.
Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 10 iş günü müddətində qarşı tərəfə rəsmi məlumat verməlidir.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazirdən xüsusi hərbi ixtisaslar üzrə təhsil müəssisələri ilə bağlı QƏRAR
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR
- Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib