Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazir TDT-dən olan həmkarlarını Ermənistanla normallaşma prosesinin vəziyyəti barədə məlumatlandırıb
Xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında həmkarlarına Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə həmkarlarına geniş məlumat verib.
Həmçinin TDT-nin gücləndirilməsi təşəbbüsləri, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivləri vurğulanıb.
In his speech at the Meeting of Council of Foreign Ministers of @Turkic_States in #Shusha, Minister of Foreign Affairs @Bayramov_Jeyhun highlighted OTS strengthening initiatives, prospects of sectoral cooperation in the fields of security, economy, trade, energy,… pic.twitter.com/xgsw2Z2eEq
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 6, 2024
"Şuşa Zirvə görüşü" teqi üzrə xəbərlər
- COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib
- Şuşada TDT-yə üzv ölkələrin liderləri Qarabağ Bəyannaməsini imzalayıblar
- 60 saniyədə əsas xəbərlər: 06.07.2024-ün ən mühüm hadisələri
- Macarıstanın baş nazirinin Azərbaycana səfəri başa çatıb
- Özbəkistan prezidentinin Azərbaycana səfəri başa çatıb