"Doğma yurda qayıdırıq. Bayrağımız Qarabağda yenidən dalğalanır. Allah dövlətimizin rəhbərinə cansağlığı versin, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Nizami Qulam oğlu Vəliyev deyib.
O bildirib ki, köçkünlük illərində çox yerdə yaşayıblar:
"Doğma torpaqlardan çıxanda 35 yaşım var idi, indi isə 70-i keçmişəm. Bu yaşda doğma yurdumuza qayıtmaq böyük sevincdir".
Məhərrəm Əliyev