Azərbaycan prezidenti İlham Əliyev olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.
Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
A.M.