Azərbaycan Milli Məclisinin sədri bəzi televiziyaların parlamenti biabırçı durumda təqdim etməsindən narazılığını bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında O.Əsədovun qeyd etdiyinə görə, bəzi mətbuat, xüsusilə TV var ki, Milli Məclisi rüsvay edir.
O, buna görə deputatları da qınayıb:
“Aranızda eləsi var ki, gedib müsahibə verirsiniz elə televiziyaya. Niyə? Getməyin də...”.
O.Əsədov mətbuata mesaj da yollayıb:
“Çox təəssüf ki, Azərbaycan mətbuatında ürəkaçan heç nə görmürəm. Hərdən xəcalət çəkirəm. Öz-özümə deyirəm: Görəsən bu, mənim millətimdir?”.