Azərbaycan ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisinə yeni rütbə verilib.
Oxu.Az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, indiyədək polis general-mayor rütbəsi daşıyan Ceyhun Həsənov artıq ədliyyə general-mayorudur.
Qeyd edək ki, C.Həsənov PX rəisi vəzifəsinə keçən ay təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
