"Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda, bərədən, yəni Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikriləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib.
"İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz", - deyə dövlətimizin başçısı qeyd edib.
O vurğulayıb ki, biz doğrudan da qovşağıq:
"Bu, çox önəmli iki dəhlizdir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır".