Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Prezident Paşinyanın “ağzının üstündən vurdu” - RƏY
Milli Məclisin deputatı, politoloq Sahib Alıyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı Prezident İlham Əliyevin faşizmin qəhrəmanlaşdırılmasını pisləməsi ilə bağlı çıxışını şərh edib.
Oxu.Az-ın məlumatına görə, deputat bildirib ki, Prezidentin Ermənistanın Baş nazirinə cavabına “susdurmaq” yox, məhz “ağzının üstündən vurmaq” deyirlər.
S.Alıyev qeyd edib ki, Azərbaycan Prezidenti N.Paşinyanın sərsəmləməsinə layiqli cavab verib.
Xatırladaq ki, Prezident İlham Əliyev iclasda MDB rəhbərlərinin faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etdiyini xatırladıb.
“Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.
2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib.
Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin çıxışında səslənən əsaslı arqumentlərə cavab verməyə uğursuz cəhd edib. O bildirib:
“İlham Heydər oğlunun nitqindən belə təəssürat yaranır ki, ümumiyyətlə, bu müharibədə Hitler yalnız ikinci dərəcəli rol oynayıb və nasist hərəkatının lideri Qaregin Njde olub. Həqiqət isə budur ki, Qaregin Njde Ermənistanın türk işğalına və türklərin təşkil etdikləri ermənilərin soyqırımına qarşı mübarizə aparıb.
Həqiqət ondan ibarətdir ki, Qaregin Njde, yeri gəlmişkən, 1918-ci ildə erməni-türk müharibəsi zamanı bir çox rusiyalı zabitlərlə birgə cəbhənin mühüm hissəsinə rəhbərlik edib. Mən bir daha qeyd etmək istəyirəm ki, bizim tarix barədə obyektiv qiyməti bilməyimiz çox vacibdir. Deyilir ki, Qaregin Njde Vladimir həbsxanasında ölüb.
Bir çox sovet xadimləri Vladimir həbsxanasında ölüblər. Soljenitsin QULAQ-da olub. 1937-1950-ci illərə qədər məhkum edilənlərin hamısının xalq düşmənləri olduğunu hesab edirik? Əgər belədirsə, onda bir çox görkəmli xadimlər məhkum olub öz həyatlarını həbsxanalarda bitiriblər.
Bu, o demək deyil ki, biz bütün bunları fakt kimi qəbul etməliyik. Mən bu formatdan tarixi təhrif etmək, bu kifayət qədər vacib iclasın ab-havasına hansısa gərginlik gətirilməsi üçün istifadə olunmasını yersiz hesab edirəm.
Hesab edirəm ki, Azərbaycan Prezidentinin sözləri, ilk növbədə, erməni xalqına hörmətsizlikdir. Mən bunu dövlət başçılarına və onların təmsil etdiyi xalqlara qarşı hörmətsizlik hesab edirəm. Hörmətli həmkarlar, mən belə gərginliyə görə üzr istəyirəm. Amma siz gördünüz ki, onun müəllifi mən deyiləm.
Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışından sonra növbəti çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko olmalı idi. Lakin Azərbaycan Prezidenti Aleksandr Lukaşenkodan icazə alaraq Nikol Paşinyanın çıxışında səslənən sözlərə tutarlı faktlarla cavab verib. Prezident İlham Əliyev deyib:
“Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistanın Baş nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib.
Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər Baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda, yəqin ki, o da bunu tutub. Həmçinin, hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir.
Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub.
Həmçinin, nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib”.
Aqşin Kərimov
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"