11 aprel 2019-cu ildə İlham Əliyevin növbəti dəfə Azərbaycan prezidenti seçilməsinin bir ili tamam olur.
Oxu.Az-ın İlham Əliyevin prezidentliyinin 11 ayında iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlarla bağlı silsilə məqalələrindən növbətisi 2019-cu ilin mart ayını əhatə edir.
MARTDA ƏN MARAQLI GÖRÜŞ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.
Dövlət başçısı görüşdə çıxış edib. İlham Əliyev görüşdə qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.
İlham Əliyev “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.
VYANAYA VACİB SƏFƏR
Prezident İlham Əliyev martın 28-də Avstriyaya işgüzar səfərə gedib. Səfər zamanı dövlət başçısı bir sıra vacib görüşlər keçirib.
Vyanada Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşü keçirilib.
Bu, Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin ilk rəsmi görüşü olub. Bundan əvvəl üç dəfə qeyri-rəsmi görüş baş tutub.
