Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin çox müsbət məcrada inkişaf etdiyini bəyan edib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu barədə dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı danışıb.
"Bizim Azərbaycanla bir sıra konkret istiqamətlər üzrə danışıqlarımız var. Hələlik bu barədə danışmağı tez hesab edirəm, lakin söhbət ilk növbədə energetika sahəsindən gedir. Biz Prezident İlham Əliyevlə görüşəcəyik və bütün bu məsələləri mütləq müzakirə edəcəyik", - deyə Rusiya lideri bildirib.
"Ümumilikdə hesab edirəm ki, iki ölkə arasında münasibətlər formalaşır və çox müsbət məcrada inkişaf edir", - deyə o, fikrini yekunlaşdırıb.