Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qarabağda mina zərərsizləşdirən səyyah: “Müharibələrdən daha çox mülki əhali əziyyət çəkir”
“Mən bir ədəd balaca mina partladacağımı düşünürdüm. Amma bilmirdim ki, 10 ədəd böyük (tank) minası partladacam”.
Bunları beynəlxalq səyyahların Qarabağa səfərinin ikinci günündə “Report”a açıqlama verən İsveçdən olan səyyah Rebekka Staffass (Rebecca Staffas) deyib.
R.Staffasın sözlərinə görə, partlayış gözlədiyindən çox böyük olub:
“Tibb bacısı olaraq bir sıra müharibə zonalarında olmuşam və hər yerdə bu cür dağıntılar olur. Həmişə müharibələrdən daha çox mülki əhali əziyyət çəkir.
Ölkəmizə qayıdanda Azərbaycanı ilk olaraq qonaqpərvərliyinə görə xatırlayacam. Həqiqətən də burada çox möhtəşəm səyahət təşkil olunmuşdu”.
Qeyd edək ki, sentyabrın 8-dən etibarən dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edirlər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (“Most Travelled People”) klubunun təsisçisi Şarl Veleydir.
"Ağdam" teqi üzrə xəbərlər
- Ağdamda insana məxsus olduğu ehtimal edilən sümüklər tapılıb
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Ağdamda partlayış səsləri eşidilir - SƏBƏB
- Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapılıb
- Əli və Bəxtiyarın qətli ilə başlayan faciələrimiz...